Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qalatasaray" əfsanələri ilə azərbaycanlı jurnalistlər arasında matç keçirildi – FOTO
    19.05.2023 13:00:23

    Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA), “Qalatasaray” İdman Klubunun və Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı, Azfar Group-un baş sponsorluğu və Beynəlxalq Futvole Federasiyasının dəstəyi ilə “Qalatasaray”ın UEFA kubokunu qazandığı gündən düz 23 il sonra İstanbulda – Florya Mətin Oktay bazasında Heydər Əliyevin 100 illiyi şərəfinə qardaşlıq görüşü keçirilib. 

    Prosport.Az xəbər verir ki, matçda “Qalatasaray”ın əfsanələri ilə Azərbaycan idman jurnalistlərinin milli komandası üz-üzə gəlib. 

    AİJA-nın vitse-prezidenti və sports.az saytının baş redaktoru Anar Şabanoğlunun ideyası ilə keçirilən qardaşlıq matçı "Qalatasaray"ın prezidenti Dursun Özbək və Azərbaycanın İstanbuldakı konsulu Nərminə Mustafayevanın rəmzi vuruşları ilə başlayıb. Komandalar meydana Heydər Əliyevin “1 millət, 2 dövlət” sözləri yazılmış bannerlə çıxıb. 

    Qardaşlıq görüşü 3:3 hesabı ilə bitib. Komandamızın qollarına 2 dəfə fərqlənən Gündüz Abbaszadə və Emin Abbasov imza atıblar. “Qalatasaray” əfsanələrinin heyətində İlyas Kahraman 2, Evren Turhan 1 ola imza atıb.

    AİJA prezidenti Eldar İsmayılov, AMF prrzidenti Taleh Nəsibov, tanınmış idman jurnalisti Elçin Cəfərov və Anar Şabanoğlu “Qalatasaray” prezidenti Dursun Özbək, klubun İdarə Heyətinin azərbaycanlı üzvü Emin İmanov və komandanın baş məşqçisi Okan Buruka xatirə hədiyyələrini təqdim ediblər.

    Dursun Özbək, Eldar İsmayılov və Nərminə Mustafayeva Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində xidmətlərindən danışıblar, bu münasibətlərin əbədi və sarsılmaz olduğunu vurğulayıblar.

    Oyundan sonra “Qalatasaray” İdman Klubu tərəfindən ziyafət təşkil edilib.

    Akademiya

    “Ümumi məqsəd futbolun inkişafıdır” – Mehman Əlimov

    24.08.2026 23:42:52
    Futbol

    "Qarabağ"la oyun öncəsi "Tvente"də yeni müqavilə

    24.08.2026 23:40:26
    Futbol

    Ramil Şeydayev KAMAZ-a qarşı oynadı

    24.08.2026 23:09:31
    Futbol

    "Karvan-Yevlax" növbəti transferini açıqladı

    24.08.2026 22:43:17
    Futbol

    "Qarabağ"dan inamlı qələbə, "Neftçi" darmadağın oldu

    24.08.2026 22:15:31
    Futbol

    "Turan Tovuz"un qolu niyə sayılmadı? - VİDEO

    24.08.2026 21:43:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Ümumi məqsəd futbolun inkişafıdır” – Mehman Əlimov

    24.08.2026 23:42:52

    "Qarabağ"la oyun öncəsi "Tvente"də yeni müqavilə

    24.08.2026 23:40:26

    Ramil Şeydayev KAMAZ-a qarşı oynadı

    24.08.2026 23:09:31

    "Karvan-Yevlax" növbəti transferini açıqladı

    24.08.2026 22:43:17

    "Qarabağ"dan inamlı qələbə, "Neftçi" darmadağın oldu

    24.08.2026 22:15:31

    "Turan Tovuz"un qolu niyə sayılmadı? - VİDEO

    24.08.2026 21:43:03

    Avropa çempionatı: Millimizdən ardıcıl 3-cü qələbə

    24.08.2026 21:19:50

    "Bu stadionda oynamağı sevirik" - Velko Simiç

    24.08.2026 21:06:58

    "Sabah qalib gələcəyimizə inanırıq" – Valdas Dambrauskas

    24.08.2026 20:55:59

    Bakıdakı nüfuzlu yarışların azərbaycanlı hakimləri açıqlandı

    24.08.2026 20:39:15

    “Zirə” - “Neftçi” matçının başlama saatı bilindi

    24.08.2026 20:07:59

    "Ailəm "Sabah"la oyunu tribunadan izləyəcək" - Ran Kojux

    24.08.2026 19:12:17

    "Xəyal qurmaq insanın təbiətində var, lakin hələ yolun yarısındayıq" - "Hapoel"in qapıçısı

    24.08.2026 19:03:45

    "Karvan-Yevlax" Ezeni heyətinə qatdı

    24.08.2026 18:40:13

    Kevin Medina yeni klubunda ilk titulunu qazandı - FOTO

    24.08.2026 18:15:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved