Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Boks
    Azərbaycan idmanında öz məktəbimiz niyə susur? – Araşdırılmalı məqamlar var
    18.05.2023 13:49:02

    Azərbaycan idmanı Tokio Yay Olimpiya Oyunlarından sonra özünə hələ də gələ bilməyib. Bunu ötən ay keçirilmiş mötəbər beynəlxalq yarışlar bir daha sübut etdi. Bu səbəbdən uğursuzluqların səbəbi mütəxəssislər, federasiyalar və Gənclər və İdman Nazirliyi tərəfindən araşdırılmalı, bunların aradan qaldırılması üçün müəyyən işlər görülməlidir.

    Başlayaq 7-14 may tarixlərində Qətərin paytaxtı Dohada keçirilmiş cüdo üzrə dünya çempionatından. Cüdo heyətimiz ərəb ölkəsinə 13 idmançı ilə yollanmışdı. Bunlardan 9-u kişi, 4-ü isə qadın cüdoçular idi. Öncədən qadın idmançıların ora kobud dillə desək, iştirak üçün yollandığı bəlli idi. Bu səbəbdən də onların bu dəfə də medalsız qalması heç kimdə təəccüb formalaşdırmadı.

    Ancaq kişi cüdoçuların, xüsusən də 81 kq-da Səid Mollayi və 100 kq-da Zelim Kotsoyevin dünya çempionu olmasına böyük ümid vardı. Lakin sonradan milliləşdirilmiş cüdoçularımız da bu etimadı doğrultmadı. Deyə bilərsiniz ki, dünya çempionatı Olimpiadadan daha çətin keçir. İnanın, artıq bu sözləri eşitməkdən yorulmuşuq. Elə olsaydı, düz 10 il əvvəl 31 yaşlı, karyerasını bitirmək astanasında olan Elxan Məmmədov Braziliyanın Rio de Janeyru şəhərində keçirilmiş dünya çempionatında qızıl medal qazanmazdı. Təəssüf ki, İspaniya və İsveçrə cüdoda inkişaf edir və qızıl medal qazana bilir, biz isə hələ də yerimizdə sayırıq.

    Osetin legionerimiz Zelim Kotsoyevin ardıcıl 2-ci dəfə dünya çempionatında bürünc medal qazanması da uğur sayıla bilməz. Onun, eləcə də Hidayət Heydərovla Səid Mollayinin "hansoku" ilə uduzması isə məşqçi məsələsini ön plana çıxarır. Almaniyalı baş məşqçi Rixard Trautmannın və federasiyanın performans direktoru Mark van der Hamın birgə əməkdaşlığı hələ ki 2 dünya çempionatıdır ki, fayda vermir. Bizdə olan məlumata görə, onların özləri arasında da müəyyən problemlər var və bu da kollektivdə işbirliyinə ciddi təsir edir. Həmin məşqçilərin tatamidə olan cüdoçularımıza fəndlər zamanı lazımi tapşırıqları verə bilməməsi isə bax belə uğursuz nəticələri qaçılmaz edir. Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş ötən dünya çempionatında 2 bürünc medal, indi isə 1 bürünc medal. O medalı da Azərbaycan cüdo məktəbinin yetirməsi qazana bilməyib.

    Eləcə də eyni problemləri kişi boks millimizdə görmək mümkündür. Burada da əcnəbi məşqçi komandanı çalışdırır və yerli idmançılar medal qazana bilmir. 30 aprel – 14 may tarixlərində Daşkənddə keçirilmiş dünya çempionatında da 13 boksçu Azərbaycanı təmsil edib. Ancaq boks ənənələri olan Azərbaycandan 1 dünya çempionu çıxa bilmədi. Ötən il kubalı Alfonso Dominqes üzümüzü ağ edə bilmişdisə, bu dəfə o da yalnız gümüş medalla kifayətləndi. Özü də onun qazandığı gümüş medal qeyri-Olimpiya çəkisində idi. Ardıcıl 2-ci dəfə bürünc medal qazanan ağır çəkili boksçumuz Məhəmməd Abdullayev isə Rusiya boks məktəbinin yetirməsi sayılır. Necə olur ki, Özbəkistandan 5, Qazaxıstandan 4 dünya çempionu çıxa bilir, biz bircəciyini verə bilmirik. O zaman kubalı baş məşqçi Pedro Roke nəyimizə lazımdır? Düşündürücüdür, deyilmi? Üstəlik, nəzərə alsaq ki, rusiyalı boksçuların dünya çempionatında iştirakı səbəbindən Böyük Britaniya, ABŞ, Polşa, İsveçrə, Niderland, İrlandiya, Çexiya, İsveç, Kanada və Ukrayna kimi boks ənənələri olan ölkələr yarışa qatılmaqdan imtina etmişdi. Bunun müqabilində bir Ağası Məmmədov və ya Şahin İmranov vermək olmazdımı? Olardı, təbii ki. Ancaq millimizin böyük məşqçisi Nəriman Abdullayev yenə hakimlərdən gileylənir. Hakimlərdən gileylənmək artıq 90-cı illərdə qaldı, Nəriman müəllim, indi yeni əsrdir. Şərait isə hamı üçün eynidir.

    Eyni problemləri güllə və stend atıcılığı üzrə millilərimizə də aid etmək olar. 8-15 may aralığında Bakıda keçirilmiş atıcılıq üzrə Dünya Kubokunda aləm-xatəm medal qazansa da, Azərbaycan idmançılarının güllələri "susdu". Artıq ardıcıl olaraq Bakıda keçirilən ikinci Dünya Kubokunda öz idmançılarımız medal üzünə həsrət qalır. Olimpiadaya Ruslan Lunyov vasitəsilə ilk lisenziyanı verməsi ilə öyünən federasiya rəsmiləri bunun səbəblərini də aydınlaşdırmalıdır.

    Səbuhi Musa

    Cüdo

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24
    Cüdo

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42
    Cüdo

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12
    Cüdo

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29
    Cüdo

    Bakıda cüdo üzrə dünya çempionatı ilə bağlı sərgi açıldı - FOTOLAR

    8.10.2026 16:17:30
    Cüdo

    Ömər Rəcəbli dünya çempionatında qazandığı medalı atasına həsr etdi

    7.10.2026 20:50:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved