Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Sönmüş işıqlar, çarpayının səsi və utanan azarkeşlər – YAZI + VİDEO
    15.11.2023 15:25:56

    Bu yaxınlarda Azərbaycan Televiziyasının efirində 1970-ci ildə "Neftçi" barədə çəkilən bir reportaj gözümə dəydi. Reportajda deyilir ki, bu "Neftçi"ni izləyəndə adam düşünür ki, elə bil 4 il əvvəl SSRİ çempionatında bürünc medal qazanan bunlar deyilmiş. Qayıdaq müasir dövrə. Bir neçə gün əvvəl "Sumqayıt"la oyuna baxanda biz də elə eks həmkarlarımız kimi düşündük... Görəsən, tarixi uğurlarla bizi sevindirən "Neftçi" deyildimi?

    Əvvala, məsələnin ən acınacaqlı tərəfindən danışım. Çempionatda “Sabah”la maçtdan əvvəl "Neftçi"nin sosial media hesablarında paylaşılan “Sabah olmayacaq” paylaşımı və ona verilən cavab klub azarkeşlərini o qədər məyus etdi ki, düşündük yəqin bir daha işçilər belə səhv etməz. Zarafat deyil, 86 yaşlı klubu belə biabır edən olmamışdı. Amma nə biləydik ki, bu hələ başlanğıcdır. Hələ onları daha böyük utanclar gözləyir. Əslində heç bir azarkeş öz klubunu sevdiyinə görə utanmamalıdır. Bu istənilən kluba və onun azarkeşinə aiddir. Klub rəhbərliyi də buna uyğun davranmalı, azarkeşinin başını aşağı etməməlidir. Amma, di gəl ki, bir neçə gün əvvəl bəlkə Azərbaycan tarixində ilk dəfə bir klubun azarkeşləri utandıqlarından bilmədilər hara girsinlər...

    İçi mən qarışıq, elə hər kəs “Sumqayıt”ın instaqram ünvanından paylaşdığı cavabı izləyib, səssiz-səmirsiz qalmışdı... Həmişə aktiv sosial media işləri, Azərbaycanda ilk dəfə klub TV-nin əməkdaşları kimi fəxr etdiyimiz bu gənclər, paylaşdıqları videonun cavabını izləyib bəlkə özləri də gülürdülər. Vallah arada düşünürəm ki, sanki "Neftçi" TV-yə xüsusilə klubun imicinə zərbə vurmaq məqsədilə digər klublar tərəfindən adam yerləşdirilib. Nə bilim vallah, bəlkə də mətbuat işləri nümayəndəsi məhz onun üçün gətirilib? Hər halda, bunu çox adam düşünür. 

    Bir vaxt "Neftçi"nin rəsmi feysbuk səhifəsində şərh yazmışdım ki, bəs "Neftçi"də yolunda gedən tək şey TV-sidir. Amma artıq o da pozuldu. Təkrarçılıq olsa da, bildirim ki, bir klub ki öz azarkeşinin başını digərlərinin yanında aşağı edir, o klubdan nə azarkeşinə, nə də özünə xeyir gələr. Başı aşağı olmaq deyəndə, təkcə klubun uduzmasını nəzərdə tutmuram. Komanda uduzar da, udar da. Məsələ filmdə deyildiyi kimi, "vnimatelnı" olmaqdadır. Biz "Neftçi"nin uduzmasına da alışmışıq, amma biabır olmasına alışmamışıq.

    Sonda onu da bildirim ki, "Neftçi" 2012-ci ildə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazananda klubun sosial şəbəkə hesablarında yalnız bir paylaşım diqqət çəkirdi: "Şanlı tarixin üçün savaş, "Neftçi". Məncə, klub rəhbərliyi, işçilər və futbolçular bu paylaşıma yenidən nəzər salsınlar.

    Yazı və video Səbuhi Sadiq əməyinin məhsuludur

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved