Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Elmar Baxşıyev özünü Mourinyu, ya Qvardiola SAYIR?
    15.05.2023 15:41:58

    Nihat Ağasoy yazır...

    Bu yazını "Qəbələ" – "Turan Tovuz" oyunundan dərhal sonra yazsaydım, fikirlərimi soyuqqanlı şəkildə ifadə edə bilməyəcəkdim. İkinci yarısı yaz yağışının müşayəti ilə keçən matç yetərincə maraqlı, gərgin alındı. Azlıqda qalan meydan sahiblərinin hesabda önə keçmiş tovuzluların qapısına yol tapması isə görüşün emosionallığını bir qədər də artırdı... 

    Düzdür, "boz qurdlar" komandalar meydanda hərəyə 11 nəfərlə mübarizə apardığı dəqiqələrdə də real qol fürsətləri yaratmış, "qırmızı-qaralar" inanılmaz müdaxilələrlə xilaskara çevrilən İlkin Qırtımovun və bəxtin hesabına matçın əvvəllərində erkən qollardan xilas olmuşdu. "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev 5 əvəzləmə limitindən uğurla faydalana bilsəydi, komandası matçın sonlarını 9 yox, 10 nəfərlə keçirər, böyük ehtimalla, qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşardı. Məhz Baxşıyev bu yöndə tələsdiyi üçün Asif Məmmədovun ciddi xəsarət alaraq meydanı tərk etməsi vəziyyəti kritikləşdirdi. Şübhəsiz, Ayxan Abbasovun komandasının belə say üstünlüyündən faydalanaraq evə 2:1 hesablı qələbə ilə dönməsi tam məntiqəuyğundur. Başqa sözlə, "Qəbələ"nin bu qarşılaşmanı bərabərliklə bitirməsi əməlli-başlı qəhrəmanlıq sayılardı. Fəqət sonuncu – 4-cü uzatma dəqiqəsində Tovuz təmsilçisinin vurduğu qol heç-heçə arzusunun da üstündən xətt çəkdi.

    Azərbaycan Kubokunda mübarizəni dayandırandan sonra fırtına kimi əsən, "Zirə", "Neftçi", "Qəbələ" üzərində qələbələri sıralayaraq elitaya say düzəltmək xatirinə gəlmədiyini isbatlayan "Turan Tovuz"un son saniyələrdə hədəfinə çatması həm də güclü yağışın altında tükü də tərpənməyən, stadionda ev ab-havası yaradan tovuzlu fanatların haqqı idi. Bütün yerli tamaşaçılar yağış tutmayan yerlərdə daldalandığı halda, uzaq yol gələn qərblilərin futbol və qeyri-futbol bölgələri arasındakı fərqi əyani şəkildə isbatlaması ayrıca vurğulanmalıdır. Mətbuat konfrasında yaşananlar isə həm dramatik qarşılaşmanı işıqlandırmaq üçün Qəbələyə yollanan media mənsublarının kefinə soğan doğradı, həm də məni bu yazını yazmağa məcbur etdi.

    "Qəbələ"nin baş məşqçisi Baxşıyevin ona oyunla bağlı sual ünvanlayan jurnalistlərə aqressiv və yumşaq desəm, özündənrazı cavablar verməsi münasibətsiz qala bilməzdi. Əyyub Allaşı oyundan çıxarmaqla kələfin ucunu tam şəkildə itirən Elmar bəyin taktiki planda nə etmək istədiyini izah edə bilməməsi öz problemidir. Məntiqlə media mənsubu ona fikrini ifadə etmək, futboldan azarkeş kimi yox, mütəxəssis kimi danışmaq qaydaları öyrətməməlidir. Yəni dünya praktikasında da gördüyümüz kimi, Pro kateqoriyası alarkən jurnalistlərlə davranış qaydaları ilə tanış olan adam "Allaş əvəzlənməsə, qapımıza vurulan qolu çıxaracaqdı?" cavabı (daha doğrusu, sualı) verə bilməz. Heç 20 ildən çox iş təcrübəsinə malik KİV nümayəndəsi ilə danışarkən "siz futbolu məndən çox bilirsinizsə", "burada oyuna ilk dəfə baxırsınızsa" şəklində cümlə başlamağa mənəvi haqqı da yoxdur. Hə, bəzən futbolu inkişaf etmiş ölkələrdə də dünya səviyyəli mütəxəssilərdən buna bənzər reaksiyalar görürük. Məsələn, Joze Mourinyu arabir avropalı həmkarlarımızı sancır və ya Xosep Qvardiola canını boğazına yığan "sarı media"nı hədəfə alır. Ancaq güclü azarkeş təzyiqi görmədiyi "Qəbələ"də mətbuatın dəstəyi hesabına qalan birinin heç bir ciddi uğuru olmadığı təqdirdə, belə danışması həm gülməli, həm də ağlamalıdır. Yazılmamış qaydaları nəzərə alsaq, onu Mourinyu, Qvardiola edə bilər, Baxşıyev kimiləri yox! Konkretləşdirsək, bir mövsümün 7 oyununda komandasına qarşı "come back" (geridönüş) edilmiş, "Qəbələ"nin iddiasız vaxtına düşdüyünə görə postunda qala bilmiş, qarşısına ciddi tapşırıqlar qoyulmayan kollektivdə iş təcrübəsini qazanmasına, öyrənməsinə şərait yaradılmış Baxşıyev üçün belə davranış hələ tez yox, çox tezdir. Ən azı yolun başlanğıcında yıxılmamaq, "artırıb" heç olmasa, Azərbaycan üçün orta səviyyəli məşqçi ola bilmək naminə.

    P.S.

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    Futbol

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    Futbol

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    Futbol

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    P.S.

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40

    Bakı Olimpiya Stadionu ÇL oyunlarına hazırdır - FOTOLAR

    8.10.2026 17:51:31

    Azərbaycan klubunun üzvləri Türkiyədə lift qəzasına düşüb

    8.10.2026 17:18:03

    "Sabah" - "Borussiya Dortmund" matçının biletləri satışda

    8.10.2026 16:54:20
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved