"Qalatasaray"la Bakıdakı yoldaşlıq oyunundan sonra "Qarabağ"ın futbolçusu Abdullah Zubir Türkiyə klublarının maraq dairəsinə düşmüşdü.
Prosport.az-ın məlumatına görə, mərakeşli vinger bu təklifləri dəyərləndirmək fikrindən uzaqdır. O, müqaviləsinin sonuna qədər komandada qalacağını baş məşqçi Qurban Qurbanova bildirib.
Qeyd edək ki, Abdullah Zubirin Ağdam təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında bitəcək. 31 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla 41 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.