Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"ın "Bayer"lə oynamasına görə bəxtimiz gətirib" – Konqolu hücumçu
    25.10.2023 10:16:51

    “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının X turu çərçivəsində səfərdə “Qəbələ”nin qonağı olub. Çempionatın debütantı meydan sahiblərini 4:1 hesabı ilə məğlub edərək 4-cü sıradakı mövqeyini qorumaqla yanaşı, liderlərlə – “Zirə” və “Qarabağ”la xal fərqini minimuma endirib. Qəbələdəki görüşdə “Araz-Naxçıvan”ın ən yaxşı oyunçularından biri Elvis Maşayk olub. 62-ci dəqiqədə meydana çıxan konqolu hücumçu əvvəlcə 7 dəqiqə sonra qol vurub və 72-ci dəqiqədə Miço Kuzmanoviçin fərqlənməsinə məhsuldar ötürmə ilə töhfə verib.

    Prosport.Az xəbər verir ki, "Araz-Naxçıvan"ın Premyer Liqada 50-ci qolunu vuran 29 yaşlı afrikalı futbolçu oyundan sonra jurnalistlərə müsahibə verib.

    – Əvvəlcə oyunla bağlı fikirlərinizi öyrənək...
    – Bilirdik ki, "Qəbələ" ilə oyun çətin olacaq. Rəqib azlıqda qaldıqdan sonra bizim üçün daha çox şans yarandı. Qırmızı vərəqə alandan sonra rəqib komanda üçün də çətin oldu. Onların 10 nəfərlə oyunları alınmırdı. Bizim üçün isə daha yaxşı oldu. “Qəbələ”ni daha asan məğlub etdik.

    – Oyundan öncə böyük belə hesablı qələbə qazanacağınızı gözləyirdiniz?
    – Öncədən bu hesaba inanmaq olmazdı. "Qəbələ" asan məğlub ediləsi komanda deyil.

    – Sizin üçün "Qəbələni uğurlu rəqib hesab etmək olar? Çünki ilk qolunuzu da bu komandaya vurmuşdunuz. Bu dəfə də 1 qol və 1 məhsuldar ötürməylə yadda qaldınız...
    – Düşərli ola bilər, amma çətin rəqibdir. Hesab aldadıcı olmasın. "Qəbələ"nin 4 real qol imkanı oldu. Amma qapıçımız həmin epizodlarda yaxşı oynadı. Düşünürəm ki, buna görə nəticəni uğurlu saymaq olar. Bu, futboldur, hər şey ola bilər.

    – Komandaya uyğunlaşa bilmisiniz?
    – Yeni komanda və liqada oynamaq  biraz çətin oldu. Uzun müddət məşqsiz qalmışdım. İndi daha çox məşq edirəm və öz komandama da inanıram. Baş məşqçi də mənimlə söhbət edir. Biz müzakirələr aparırıq. Fikirləşirəm ki, hər şey daha yaxşı olacaq.

    – 18 qolla Malta çempionatının bombardiri olmağı bacarmısınız. Azərbaycan çempionatında neçə qol vurmağı hədəfləyirsiniz?
    – Hər mövsüm bombardirlərin mübarizəsində ön pillələrdə olmuşam. Hər il ya 1-ci, ya da 2-ci sırada qərarlaşmışam. Bu mənada təcrübəm var. Burada da ambisiyalarım var. Heç vaxt deyə bilmərəm nə qədər qol vuracağam. Bunu Allah bilər. Mən sadəcə, məşqlərə və oyunlara diqqətimi yönəltmişəm.

    – "Araz-Naxçıvan" hədəfi nədir? I dövrə başa çatıb, artıq komandaları nisbətən tanıyırsınız. Bu oyunlardan sonra avrokuboklara vəsiqəyə inanırsınız? 
    – Bu komanda bir “sirli qutu”dur. Hətta biz özümüz də nə olacağını bilmirik. Biz ancaq baş məşqçinin dediklərinə və Allaha inanırıq. Futbola da inanmalıyıq. Biz bunu edirik. Əgər futbola inanırsansa, bu oyun sənlikdir. İnanmırsansa, bu artıq problemdir. Biz buna inansaq, daha yuxarılara gedə bilərik. Avropa bizim üçün sürpriz ola bilər.

    – "Qarabağ" UEFA Avropa Liqasında Almaniya Bundesliqasının lideri və məğlubedilməzlərindən biri "Bayer"ə qarşı oynayacaq. Daha sonra Premyer Liqanın XI turunda sizinlə qarşılaşacaq. Bu barədə nə deyə bilərsiniz?
    – "Qarabağ" çox güclü heyətə malik komandadır. Bizim bu baxımdan bəxtimiz gətirib. Mən düşünürəm ki, bu amildən yararlanmaq olar. Çox istərdim ki, "Qarabağ"ı büdrədərək yolumuza davam edək.  

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved