"Azərbaycan millisi topa çox yaxşı sahib olmağa çalışan komandadır".
Prosport.Az xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik oktyabrın 16-da Bakıda Azərbaycana qarşı keçirəcəkləri AÇ-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.
Almaniyalı mütəxəssis həmin görüşdə final mərhələsinə vəsiqəni təmin etmək istədiklərini bildirib: "Bu, fərqli matç olacaq. Qarşılaşmaya elə yanaşacağıq ki, hər şeyi özümüz həll edə bilək".
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq oyun saat 20:00-da başlayacaq. Avstriya ötən gün Belçikaya evdə 2:3 hesabı ilə uduzub, Azərbaycan isə səfərdə Estoniyaya qalib gəlib - 2:0.

