AÇ-2024-ün seçmə mərhələsi çərçivəsinin İsrail – İsveçrə oyunu təxirə salınıb.
Prosport.Az xəbər verir ki, təxirə salınan qarşılaşma noyabrın 15-də keçiriləcək. Qarşılaşmanın İsraildə keçirilməyəcəyi gözlənilir.
Oyunun təxirə salınması İsrail və Fələstin arasındakı müharibə ilə bağlıdır. Öncədən isə görüşün oktyabrın 12-də keçirilməsi nəzərdə tutulmuşdu.
İ qrupunda yer alan İsrail millisi İsveçrə və Rumıniyadan sonra qrupda üçüncü pillədədir. Həmin qrupda adıçəkilən millilərlə yanaşı, Belarus, Kosovo və Andorra da mübarizə aparır.

