İsveç millisi Moldovaya qarşı yoldaşlıq, Belçika ilə AÇ-2024-ün seçmə mərhələ oyunundan əvvəl itki ilə üzləşib.
Prosport.Az xəbər verir ki, İngiltərənin “Nyukasl” klubundan heyətə cəlb edilən Aleksander İsak bu matçlarda meydana çıxa bilməyəcək.
24 yaşlı hücumçu "Vest Hem"lə 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın VIII turunun matçında zədələnib. Yığmanın düşərgəsində aparılan müayinələrdən sonra forvardın komandaya kömək edə bilməyəcəyi bəlli olub.
Qeyd edək ki, sabah Moldova ilə üz-üzə gələcək İsveç bundan 4 gün sonra Belçikanın qonağı olacaq. İsveç Azərbaycan millisinin də yer aldığı F qrupunda mübarizə aparır.

