“Araz Saatlı” futbol klubunun yeni baş məşqçisinin adı dəqiqləşib.
Prosport.Az xəbər verir ki, I Liqanın debütantına Azərbaycan yığmasının keçmiş futbolçusu Rüfət Quliyev rəhbərlik edəcək.
Bu gün kollektivə təqdim olunan təcrübəli mütəxəssis futbolçu karyerası ərzində “Turan”, “Neftçi”, “Qarabağ”, “ANS-Pivani” kimi klublarda çıxış edib. Quliyev İranda “İstiqlal” və “Sənət-Naft” klublarında legioner həyatı yaşayıb. “Turan”la Azərbaycan, “İstiqlal”la İran çempionu titullarını qazanıb. UEFA A kateqoriyalı mütəxəssis baş məşqçi kimi “Ağsu”nu çalışdırması ilə tanınıb. O, 2012-2019-cu illərdə “Ağsu”ilə I divizonda bir dəfə 1-ci, bir dəfə 2-ci, iki dəfə 3-cü yeri tutub.
Rüfət Quliyevlə mövsümün sonunadək müqavilə imzalanıb. O, oktyabrın 19-da Saatlı OİK stadionunda sabiq komandası “Difai Ağsu”ya qarşı oyunda debüt edəcək.
Qeyd edək ki, “pambıqçılar” ötən gün Şəhriyar Məmmədovla qarşılıqlı şəkildə yollarını ayırıb.

