Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "Araz-Naxçıvan" oktyabrın 14-də yoldaşlıq oyunu keçirəcək.
Prosport.Az xəbər verir ki, Naxçıvan komandası "Turan Tovuz"la qarşılaşacaq.
Oyun saat 16:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək.

