Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarılıb.
Prosport.Az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.
“Neftçi”nin oyunçusu AÇ-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, oktyabrın 13-də Estoniyanın qonağı olacaq Canni De Byazinin kollektivi bundan 3 gün sonra Bakıda Avstriyanı qəbul edəcək.

