“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi dövründə 50-ci oyununu keçirib. Prosport.Az xəbər verir ki, bu, Misli Premyer Liqasının IX turuna təsadüf edib. Qərblilər səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzub. Abbasov 2022-ci ilin yayından Tovuz klubunun baş məşqçisidr. Bu müddətdə komandası 45 çempionat və 5 kubok görüşünə çıxıb. Qərblilər bu qarşılaşmalarda 16 qələbə qazanıb və 12 heç-heçə edib. Tovuz təmsilçisi Abbasovun baş məşqçiliyi altında 22 dəfə uduzub.
“Turan Tovuz”un baş məşqçisi komandada yubiley oyununa çıxdı

