İsveç çempionatında 26-cı turun oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” səfərdə “Varberq”lə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Musa Qurbanlı bu oyuna start heyətdə başlayıb və 69-cu dəqiqədə bosniyalı Haris Radetinatsla əvəzlənib.
“Yurqorden” hazırda 46 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

