Bu gün Tayland çempionatında Vll tura start verilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” doğma meydanda "Çomburi"ni qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Şeydayev meydana start heyətində çıxıb və 89-cu dəqiqədə əvəzlənib.
Hazırda “Buriram Yunayted” 14 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

