Türkiyə Super Liqasında Vlll turun oyunları davam edir.
Prosport.Az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Konyaspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard matça start heyətdə başlayıb və 78-ci dəqiqədə portuqaliyalı yarımmüdafiəçi Joelson Fernandeslə əvəzlənib. O, 22 (penalti) və 53-cü dəqiqələdə komandasının ilk 2 qolunun müəllifi olub.
Xallarını 14-ə yüksəldən "Hatayspor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

