Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiya çempionatında növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi XI turda "İstra"nı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətində başlayan və sonadək oynayan Mahir Emreli 60-cı dəqiqədə Marko Bulatın vurduğu qolda məhsuldar ötürmə ilə yadda qalıb.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "Dinamo" 3-cü pillədə qərarlaşıb.

