Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Xallarımızın heç biri təsadüfi olmayıb" – Şahin Diniyev
    7.10.2023 18:57:30

    "Çətin oyun oldu. Komandanın ilk hissədə nəfəs almaq problemi var idi. Futbolçular qaça bilmirdi. Problemlərimiz çox idi. Komandam ağıllı futbol oynayaraq, qol epizodunu gözləyib kiçik epizoddan uğurla çıxdı. Hər bir futbolçuma təşəkkür edirəm. İlk dövrə bitib. 9 tura belə nəticəni heç kim gözləməzdi, heç özüm də. Futbolçular xarakter göstərdi. "Qəbələ" oyun baxımından çox artırıb. Yaxşı oynayırlar. Anlayırdıq ki, "Qəbələ" hücumda daha kreativ oynamağa, daha çox hücum etməyə çalışacaq. 2-3 qol epizodumuz var idi, istifadə edə bilərdik. Heç-heçə də ədalətli nəticə olardı. Amma hansı komanda udsaydı da, ədalətli alınardı. Hər iki komanda qələbəyə layiq oynadı. "Qəbələ"yə uğurlar arzulayıram".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın IX turunun "Qəbələ" ilə (0:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

    – Qalib gəlsəniz də, rəqibə çox qol epizodu verdiniz. Bu sizin üçün siqnaldır?
    – Bəli, boşluqlar var idi. Qəbələdə oynamaq çox çətindir. Hava şəraitinə görə futbolçular qaçmaqda çətinlik çəkir. Nəfəs almağı nəzərdə tuturam. Əvvəlki oyunlarda həmin boşluqlar olmayıb, bu gün varsa, demək ki, təsadüfdür. "Qəbələ"nin futbolçuları fərdi keyfiyyətlər baxımından çox güclüdür. Razıyam ki, boşluqlarımız olmamalı idi. Ancaq oldu. Səbəblərini də qeyd etdim.

    – Avrokubok hədəfləriniz böyüyür?
    – Bu gün "Qarabağ", "Neftçi" və "Sabah"dan başqa digər komandaların hansından soruşsanız, deyəcəklər ki, məqsədimiz avrokubok deyil. Amma hamımızın məqsədi var. Biz ötən mövsümü 9-cu pillədə başa vurmuş komandayıq. Stabil komanda yaratmaq istəyiriksə, addım-addım irəliləyə bilərik. Yaxşı futbolçular gətirməklə 1-ci, 2-ci yer uğrunda da oynamaq olar. Amma bu qısamüddətli alınacaq, 1 ildən sonra bu komanda dağılacaq. Yadınızdadır da, "Səbail" avrokuboklarda oynadı, ondan sonra isə 3 il çempionatda axırıncı yeri tuturdu. Onu yaşamamaq üçün komanda yaratmaq lazımdır. Bu gün milliyə 7-8 futbolçumuz gedir. Komanda var idi, klub yox. Rəhbərlikdə dəyişiklik də oldu. Artıq "Səbail"də irəliləyiş var. İstəyirəm ki, stabil klub olaq. Fərqi yoxdur, mən burada oldum, ya olmadım. Klubu stabilliyə öyrətmək lazımdır. Açıq deyirəm, bu gün rotasiya üçün əlində geniş heyət olmalıdır. Pedru Nunes yox idi, onun əvəzinə həmin mövqedə olmayan biri oynadı. 2 Pedru olmalıdır ki, rahat rotasiyalar edək. Kim olsa deyər ki, mən 3-cü yer üçün oynayıram. Bunu demək istəyirik. Futbolda məqsəd olmasa, oynamağa dəyməz. Dediyim sözü tutmağa çalışıram. Ötən mövsüm dedim ki, liqada qalacağıq, qaldıq. Bildirmişdim ki, yeni mövsüm başqa "Səbail" olacaq, alındı. İndi desəm ki, 3-cü yeri istəyirik, sabah deyəcəksiniz ki, bəs yol çəkirdiniz, nə oldu, çəkə bilmədiniz axı (gülür).

    – İlk yarıda ən zəif oyunlarınızdan birini oynadınız. Gözlənilirdi ki, əvəzetməyə gedərsiniz, getmədiniz. Səbəbi nə idi?
    – Soruşdum ki, niyə belə oynayırıq, niyə topu saxlaya bilmirik? Hamısında qaça bilməmək problemi var idi. Təsəvvür edin, start heyətində meydana çıxanlarda 2-ci nəfəs açılmaq üzrə idi. Ona görə də eyni oyunçuları saxladım. Prosesi görərək, özümüz "Qəbələ"ni ortada qarşılamağa qərar verdik. Belə oyunda yaxşı pleymekerin olması vacib idi. Daha çox psixoloji oyun gedirdi.

    – Nəticəni əldə etmək çətindirsə, onu saxlamaq da çətindir. Bu sizi qorxudur?
    – Bəli, qorxudur. 1-2 turdan qabaq demişdim ki, zirvəyə qalxmaq çox asandır. Hansısa yollarla, gizlin yollarla qalxa bilərsən. Amma zirvədə qalmaq çox çətindir. 2-ci hissədə hətta "Qəbələ" də sanki heç-heçəyə razılaşmış kimi oynayırdı. Hamı bizi artıq ciddiyə alır. Eyforiyaya qapılmamaq lazımdır. Çox çalışmalıyıq. III turdan sonra demişdim ki, qorxmuram. Çünki bilirdim ki, oyunumuz var. Türkiyədəki hazırlıq zamanı "Konyaspor", "Sivasspor"la görüşlərdə futbolçularımı görmüşdüm. Mənə 5-6 oyun lazım idi ki, komanda relsə düşsün. Komandama inanırdım, amma bu qədər uğurlu nəticə olacağını gözləmirdim. Liderlərlə başabaş oynamağa çalışırıq. "Qarabağ"la matçda geridönüş etmək çox çətindir. Oyunumuz var. Ən pisi təsadüfi qələbələrdir. Xallarımızın heç biri təsadüfi olmayıb. "Zirə"yə, "Sumqayıt"a da uduzmaya bilərdik. Amma bir şey var ki, "Qarabağ"ı da məğlub etməyə bilərdik. Futbol buna görə gözəldir ki, proqnozları sevmir.

    – Rüfət Abdullazadənin vurduğu qol "Səbail"dəki gələcəyinə necə təsir edəcək?
    – Rüfət çox tərbiyəli, yerini bilən biridir. Futbolçu kimi də potensialı böyükdür. Onu da açmağa çalışıram. Gözləyirəm, hardasa "partlamalıdır". Heyəti məşqlərə görə qururam. Rüfətin geri qayıtmaqla bağlı problemi var. Amma indiki futbol onu tələb edir ki, irəli gedirsənsə, o sürətlə də geri qayıtmalısan. Bayaq dediyim "partlayış"ı tezləşdirməlidir. Məşqlərdə ondan razıyam. Yaxşı futbolçu olacaq.

    – "Sumqayıt"dan intizamsızlığa görə uzaqlaşdırıldığı deyilir...
    – İnanmıram. Rüfətin kim olduğunu bayaq dedim.

    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Futbol

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved