Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Prosport.Az xəbər verir ki, iclasda 1-ci liqanın 4-cü turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.
"İmişli"nin məşqçisi Ruhid Usubov 2 oyunluq cəzalandırılıb. Buna səbəb onun “Mingəçevir”lə görüşdə hakimin qərarına sərt etiraz edərək qırmızı vərəqə almasıdır.
Usubovun bu hərəkətinə görə “İmişli” klubu 150 manat cərimə də edilib.

