“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş istefa verib.
Prosport.Az xəbər verir ki, 71 yaşlı mütəxəssis UEFA Konfrans Liqasının qrup mərhələsində İsveçrə “Luqano”suna İstanbuldakı 2:3 hesablı məğlubiyyətdən sonra bu qərara gəlib. Komandanın Türkiyə Super Liqasında da uğursuz çıxış etməsi onu bu addımı atmağa vadar edib.
Şenol Günəş 2022-ci ilin oktyabrında “Beşiktaş”ın “sükanı arxasına” keçmişdi.

