Çempionlar Liqasının finalı İstanbuldan alına bilər.
Prosport.az xəbər verir ki, UEFA alternativ variant kimi Portuqaliya Futbol Federasiyası ilə danışıqlara başlayıb. "Daily Mail" yazır ki, qitə futbol qurumu bu il iyunun 10-da keçirilməli olan final matçını riskə atmamaq üçün bu addımı atıb.
Buna səbəb Türkiyədə mayın 14-də prezident seçkiləri baş tutmasıdır. UEFA ölkədə vəziyyətin qarışmasımı ehtimal edir və indidən ehtiyat variantı düşünüb.

