Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Azərbaycanda ilk dəfə: İş adamı FİFA lisenziyalı agent oldu
    5.10.2023 15:28:57

    Sentyabrın 20-də FİFA ikinci dəfə agent lisenziyası almaq istəyən şəxslər üçün imtahan keçirib. 

    Prosport.Az xəbər verir ki, ölkəmizdən yalnız bir nəfər imtahandan keçə bilib. Söhbət “QOLAT Sport Service” şirkətinin həmtəsisçisi və direktoru Səid Bağırovdan gedir. O artıq lisenziyalı FİFA agentləri siyahısında yer alır.

    S.Bağırov bildirib ki, imtahan olduqca çətin keçib: 

    "İmtahan prosesi həyəcanlıdır. Bu mənim ilk imtahanım idi və Türkiyədə, TFF tərəfindən təşkil olundu. Biz iyunda qeydiyyatdan keçərkən AFFA FİFA-nın imtahan siyahısında yox idi. Bu səbəbdən də Türkiyə variantını seçdim. Hazırda Azərbaycanda imtahan verərək lisenziya ala bilən tək şəxsəm. Əslində tək olmaq məsuliyyətimi bir qədər də artırır. Qəribə hissdir. Həqiqətən şişirtmirəm, imtahan formatı çox fərqlidir, imtahanı 3 dildə verə bilərsiniz, ingilis , fransız və ispan dillərində, mən ingilis dilini seçmişdim. Təsəvvür edin ki, suallar daha çox analiz qabiliyyəti , hesablamalar, FİFA futbol və agent qaydaları haqqında idi. Ən çətini isə 1 sualın birdən çox cavabı olmasıdır və hamısını düzgün seçməlisiniz, birini düz digərini səhv seçsəniz cavab səhv olaraq qeydə alınır. Mən dünyanın başqa ölkələrindəki imtahanların nəticələrinə baxıram. Həqiqətən kəsilənlər çoxdur, ikinci imtahanda 10, 383 nəfər qeydiyyatdan keçib, lakin iki imtahan nəticəsində ( Aprel və Sentyabr) hal hazırda FİFA Platformasında 3841 FİFA lisenziyalı futbol agenti var və mən onlardan biriyəm. Mən universitetdə müəlliməm. Bəlkə də bunun üstünlüyü var idi. Hazırlaşdığım müddətdə çətinlik hiss etmədim. Şükür ki, Azərbaycanda imtahan verərək lisenziya ala bilən tək şəxsəm. Az da olsa, özümlə qürur duyuram".

    İdman idarəçiliyi ilə məşğul olan “QOLAT Sport Service” şirkəti haqqında məlumat verən iş adamı qeyd edib:

    "Şirkətimiz 2017-ci ildən fəaliyyət göstərir, idman xidmətləri göstərir. Ölkədə şirkətlər, dövlət qurumları, uşaqlar üçün yarışlar keçiririk. İdman idarəçiliyi bizim işimizdi. Rəsmi şəkildə agentlik fəaliyyətinə başlayırıq və artıq bir neçə oyunçu ilə ilkin görüşlərimiz olub.  Təkcə Azərbaycanla kifayətlənməyəcəyik. Çünki dil biliklərim və xarici futbol klubları ilə də əlaqələrim var. Düşünürəm ki, əcnəbilərlə də əməkdaşlıq etmək imkanımız olacaq".

    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Futbol

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved