Azərbayan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb) bu gün Konfrans Liqasının qrup mərhələsində 2-ci tur oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, C qrupunda mübarizə aparan komanda səfərdə "Balkani" ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Bu qrupun digər matçında isə "Astana" "Viktoriya"nı qəbul edəcək.
Qeyd edək ki, ilk turda "Dinamo" "Astana"ya qalib gəlib, "Balkani" isə "Viktoriya"ya uduzub.

