"Çox yaxşı komandadır. Qapıçıdan başlayaraq, yaxşı, sürətli futbolçulara malikdirlər. Ancaq biz İsveçə qələbə dalınca gəlmişik. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Sabah yaxşı nəticə üçün mübarizə aparacağıq".
Prosport.Az-ın İsveçin Yötebory şəhərinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu "Qarabağ"ın Mərakeş əsilli fransalı futbolçusu Abdullah Zubir "Hekken"lə UEFA Avropa Liqasının qrup mərhələsinin matçı üçün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hamı onlardan yaxşı nəticə gözlədiyindən, Azərbaycan əhalisini sevindirmək onların borcudur: "Qarabağ" böyük klub deməkdir. Hamı bizdən yaxşı nəticə gözləyir. Mən də əlimdən gələni edəcəyəm ki, insanlarımızı xoşbəxt edək".
Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin "Hekken" (İsveç) – Qarabağ" görüşü sabah keçiriləcək. "Ullevi" stadionunda keçiriləcək görüş saat 23:00-da başlayacaq.

