Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Qurban Qurbanov isveçli jurnalistə Qarabağ həqiqətlərini çatdırdı
    4.10.2023 21:15:51

    "Hər 2 komanda üçün çox vacib oyundur. 0:4 hesablı məğlub olmaları bəlkə də hamıda başqa fikir formalaşdırıb. Topa yiyələnmə, kombinativ futbol nümayiş etdirirlər. Diqqətli olmalıyıq. Ümid edirəm ki, sabah futbolçularım bunu bacaracaq".

    Prosport.Az-ın İsveçin Yötebory şəhərinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu "Qarabağ"ın baş məşqçisi UEFA Avropa Liqasının qrup mərhələsinin "Hekken"lə oyunundan öncə keçirilmiş mətbuat konfransında Qurban Qurbanov deyib.

    O, İsveçin "Dagens Nyheter" mətbuat orqanının əməkdaşı olan jurnalistin "Dağlıq Qarabağdan köçün başlanması komandaya nə dərəcədə təsir edir?" sualına belə cavab verib: "Qarabağda yaşayan digər ölkənin nümayəndələri idi. İndi artıq onlar öz ölkələrinə gedirlər. Onlar üçün rahat şərait yaradılıb. Onlara su, ərzaq verilir. Torpaqlarımızın qayıtması ilə artıq biz özümüzü rahat hiss edirik. Qarabağ Azərbaycanın olub və Azərbaycanın olacaq".

    Qurban Qurbanov daha sonra isveçli jurnalistin klubun bu yerə necə gəlməsi ilə bağlı sualına aydınlıq gətirib: "Klub olaraq məqsədimiz Avropada yaxşı nailiyyətlər qazanmaqdır. Minimum stabilliyi qoruyub saxlamaq istəyirik. Klub olaraq çox əziyyət çəkdik. İndi də bu əziyyətin bəhrəsini görürük. Ancaq bu o demək deyil ki, biz böyük uğur əldə etmişik. Bəzən bizdən asılı olmayan reallıqlar üzündən, daha da yaxşı nəticələr əldə edə bilməmişik. Konkret olaraq bu mövsüm Avropada hədəfimiz mümkün qədər irəliləməkdir".

    Ağdam komandasının baş məşqçisi İsveçdə mümkün təxribatla bağlı suala belə cavab verib: "Hər hansısa təxribatın olması mümkündür. Biz buna hazır olmalıyıq. Bu o demək deyil ki, biz kimdənsə qorxuruq, kimdənsə çəkinirik. İstənilən təxribata biz öz reaksiyamızı göstərmişik. Belə təxribatlara biz qorxaqlıq kimi baxırıq. Reaksiya verməli deyilik. Ancaq bəzən buna reaksiya vermək məcburiyyətində qalırıq".

    Təcrübəli çalışdırıcı bildirib ki, bu matçda 1 xal da onlara oyunun gedişindən asılı olaraq sərf edə bilər: "1 xal da bizə sərf edəcək. Amma oyun zamanı daha dəqiq bilinəcək ki, 1, yoxsa 3 xal bizə daha çox sərf edəcək".

    UEFA Avropa Liqasının qrup mərhələsinin "Hekken" (İsveç) – Qarabağ" görüşü sabah keçiriləcək. "Ullevi" stadionunda keçiriləcək görüş saat 23:00-da başlayacaq.

    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Futbol

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved