Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev ilk dəfə UEFA-dan təyinat alıb. Prosport.Az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Bu qrupda Almaniya, Polşa, Şimali Makedoniya və Qazaxıstan milli komandaları mübarizə aparacaq. Oyunlar oktyabrın 11-dən 17-dək Polşada təşkil olunacaq.
Babək Quliyevə UEFA-dan ilk təyinat

