UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İsveç çempionu “Hekken”lə qarşılaşacaq “Qarabağ” artıq Skandinaviyadadır.
Prosport.Az-ın İsveçə ezam olunmuş əməkdaşının məlumatına görə, komanda zədəli olan Bəhlul Mustafazadə və Avropa Liqası üçün adı sifariş olunmayan Adama Diakabini də İsveçin Yötebory şəhərinə gətirib.
Qeyd edək ki, “Hekken” – “Qarabağ” oyunu oktyabrın 5-də keçiriləcək.

