Azərbaycanın qızlardan ibarət U-17 millisi AÇ-2024-ün seçmə mərhələsində keçirdiyi ilk oyunda məğlub olub.
Prosport.Az xəbər verir ki, komanda B3 qrupunun Xorvatiyada təşkil olunan görüşündə Lüksemburqa 1:0 hesabı ilə məğlub olub.
Qrupun digər matçında Xorvatiya Maltanı 8:0 hesabı ilə üstələyib. Yığmamız oktyabrın 5-də Xorvatiya, 8-də isə Malta ilə qarşılaşacaq.

