Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Baş məşqçi kimi 2 güclü təzyiq hiss edirəm" – Azər Məmmədov
    1.10.2023 19:13:40

    "Matçla bağlı danışılası çox şey yoxdur. Evdəki məğlubiyyət seriyamız davam edir. Futbolçular uduzmamaq üçün əllərindən gələni etdi. Amma uduzduq. "Qəbələ"ni təbrik edirəm. Bizim üçün 6 xallıq matç idi. "Qəbələ"yə uduzmamağı düşünürdük. Çempionat davam edir. Futbolçularıma güvənirəm. Çalışacağıq ki, sona qədər Premyer Liqada qalmaq uğrunda mübarizə aparaq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Premyer Liqanın Vlll turunun "Qəbələ" ilə (0:1) görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

    – Belə bir məsuliyyətli oyunda Latir Fall və Juninyo kimi legionerləri ehtiyatda oturdub, 2-ci hissədə buraxmağınız nə ilə əlaqədar idi?
    – Bu dəfə Mahir Həsənova oynamaq şansı verməyi düşündük. Düzdür, ola bilsin ki, tam özünü göstərə bilmədi. Ancaq gənc oyunçu belə matçda da meydana çıxmasa, nə vaxt çıxacaq?

    – Oyundan sonra azarkeşlər yenə sizi istefaya səsləyirdi. Evdəki ardıcıl məğlubiyyətlər sizi narahat edir, yoxsa daha çox azarkeşlərin istefa şüarları?
    – Məğlubiyyətlər daha çox narahat edir. Həqiqi "Kəpəz" azarkeşləri qələbəyə layiqdir. Evdəki 4 məğlubiyyətə görə həqiqi azarkeşlərimiz üçün narahatam. "Kəpəz"in hansı baş məşqçisini istefaya səsləməyiblər? Başda İlqar Nadiri olmaqla, bu komandanı mənə etibar ediblərsə, etimadı doğrultmağa çalışacağam. Bu gün sonuncu pilləyə düşdük. Amma gücümüz var. Bir neçə oyunda oynamağı bacardığımızı göstərmişik. Hər komandada bu cür dönəmlər olur. Amma inanıram ki, bizə güvənənlərin ümidini doğruldacağıq.

    – Sizcə, niyə evdə uduzursunuz?
    – Komanda səfərdə rahat futbol oynayır. Məncə, bu hamının diqqətini çəkməlidir. Bəli, azarkeşlərə ehtiyacımız var. Amma düzünü deyim, baş məşqçi kimi oyunun gedişində kənarda dayananda, 2 güclü təzyiq hiss edirəm. Onlardan biri komandanın Premyer Liqadan düşməməsi üçün onu qoruyub-saxlamaq, digəri isə azarkeşlər tərəfindən gələn təzyiq. Oyun başlayandan qışqırırlar, filankəs çıxsın, filankəs oyuna daxil olsun. Futbolçu eşidir, onlara da təsir edir. Təzyiqdən sonra bəzi futbolçular özünə gələ bilmir, qorxu hissi də yaranır. Düzdür, hər şeyi onun üzərinə atmaq da düz deyil. Biz məğlub olmuşuq. "Neftçi"yə qalib gəlmişiksə, burda yenə qələbə qazanacağıq.

    – "Gəncə klubunda gəncəlilər işləməlidir" deyənlər niyə bu gün Azər Məmmədovun arxasında dayanmırlar? Tək qalmısınız...
    – Mən tək deyiləm. İlk növbədə Allahım var, hər zaman məni diqqətində saxlayır. Məşqçilər korpusu, "Kəpəz"in rəhbərləri var, onlar mənim arxamdadır. Onlar mənə güvənirsə, demək ki, kürəyimi elə-belə yerə söykəməmişəm. Nə qədər bacarıramsa, çalışacağam ki, "Kəpəz"in Premyer Liqadakı yerini qoruyub-saxlayım. Çünki bu komanda yüksək liqada qalmağa layiqdir. İstər büdcəsi olmasın, istərsə də problemi çox olsun. Səhvlərimizi analiz edərək, çalışacağıq ki, yüksək liqada qalaq.

    – İstefa qışqıranların sayı artır...
    – Nə edə bilərik? "Kəpəz"i həqiqi sevənlər var ki, komandanı sona qədər dəstəkləyir. Amma elə adamlar da var ki, futbola başqa cür baxır. Onlar üçün hər oyunda qələbə və yaxşı oyun olmalıdır. Amma etiraf edək ki, futbolda hər matçda yaxşı oyun və uğurlu nəticə olmaya bilər. Matçlar fərqli alınır. Azarkeşlərimizin istədiyi hər görüşdə yaxşı oyun, qələbə "Kəpəz"ə aid deyil.

    – Qarşıdakı turda "Sumqayıt"la səfərdə oynayacaqsınız. Yəqin ki, əlavə təzyiq olmayacaq...
    – Təzyiqsiz olan yerdə normal oynayıb, xallar götürürük.

    – Komanda qarşıdakı ev oyunlarını fərqli stadionda keçirəcək?
    – Gəncə şəhər stadionuna gəlib baxıblar, sökülmək məsələsi var. Ancaq yekun qərarı aidiyyatı orqanlar verməlidir. Fikrimi soruşursunuzsa, məncə, stadion sökülsə, Gəncə üçün yeni stadion tikilsə, yaxşıdır. Fərqi yoxdur, "Kəpəz"də Azər oldu, ya Əhməd. Gəncəyə yeni, gözəl stadion lazımdır. Məncə, bu stadionun sökülməsi, yenisinin tikilməsi yaxşı ideyadır. Müvəqqəti olaraq, ev oyunlarımızı Bakıda keçirməyi konkret düşünmürəm. Amma yekun qərarı rəhbərliyimiz verəcək. Məndən olsa, Qəbələyə üstünlük verərəm. Çünki təbii örtüklü meydançadır, orada ötən mövsüm çox oyun keçirmişik deyə, adaptasiya olmuşuq. Rəqiblər üçün orada oynamaq çətindir. Xeyrimizə işləyən amillər ola bilər.

    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Futbol

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved