Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Son 2 ildə etmədiyimiz səhvləri edirik" – Murad Musayev
    30.09.2023 20:36:00

    "Sabah" Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə "Səbail"lə 2:2 hesablı heç-heçə edib. 

    Prosport.Az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Ağır oyun oldu, çətin meydança idi. Yəqin ki, heç-heçə ədalətli nəticədir. Son oyunlarda buraxdığımız səhvlərdən sonra qalib gəlmək çətindir.  Qələbə qazanmağı çox istəyirdik. Neçə oyundur ki, standard vəziyyətlərdən qollar buraxırıq. Çox şərh vermək istəmirəm. Təəssüf ki, belə alındı.

    – Ceyhun Nuriyev və Nicat Mehbalıyev əvəzedici heyətə göndərilib. Məlumatımıza görə, siz yox, rəhbərlik onları göndərib. Futbolçular oynamaq istəyirlər, rəhbərlik isə əvəzedici heyətə göndərir. Bu haqda nə deyə bilərsiniz? Eldar Ələbkərovu da heyətdə görmədik...
    – Heyətə 23 futbolçunun adını qeyd etmək olur. 24-25 oyunçunu siyahıya daxil edə bilmərik. Ceyhun və Nicata gəlincə, mənim icazəmlə olan məsələdir. Siz klubun rəhbərisiniz, uşaqları yetişdirirsiniz, avrokuboklarda oynayırlar, milliyə düşürlər. Ona deyirsiniz ki, müqavilənin müddətini artır və "Turan Tovuz"a icarəyə get. Müqavilənin müddətini uzatmırlar. Amma sən onun yetişməsində nə qədər iş görmüsən. "Turan Tovuz" onu gözləyirdi. Get oyna, daha sonra gəl, əsas heyət uğrunda mübarizə apar. Nicatla da eyni vəziyyət idi, o da dedi ki, müqaviləni artırmaq istəmirəm. Bu mənada da futbolçular kluba hörmət etməlidir.

    – Sabah eyni vəziyyət özünüzlə bağlı yaransa, necə olacaq? Məsələn, "Mançester Yunayted" sizi istəsə, necə yanaşacaqsınız?
    – Müsbət.

    – "Qara zolaq"dan çıxmaq üçün nə çatmır?
    – Yəqin ki, 1 qələbə çatışmır. 2 ildə etmədiyimiz səhvləri edirik, qollar buraxırıq. Bu da gücümüzü alır. Uşaqlar məşq edir, məşqlər yaxşı gedir, atmosfer normaldır. Sadəcə, çox kobud səhvlərə yol veririk. Futbolçularda da əsəbilik var.

    – İshak Belfodil bu gün məhsuldar ötürmə verdi. Qarşıdakı oyunlarda ona daha çox şans verəcəksiniz?
    – Nə qədər hazır olduğunu bilmək lazımdır. Tam hazır deyil. İlk dəqiqələrdən oynaması üçün şansı azdır. Bizimlə 3 həftədir ki, məşq edir. Start heyətində başlaması üçün şansı çox deyil.

    – Səbail"in ləğv edilmiş qolu var idi. Sizin reaksiyanız necə oldu?
    – Ofsayd var idi. Mənim kiçik televizorum var. Baxdım ki, ofsayddır. Amma VAR-da oturanlar var. Görünürdü ki, forvard qapıya daha yaxın idi... "Kəpəz"lə bağlı sözlərimə əlavə etmək istəyirəm. Mən "Kəpəz" haqda pis söz deməmişəm. Biz niyə oynayırıq? Əksəriyyət klublar avrokuboklar üçün oynayır. 10-cu dəqiqədən vaxt aparsaq, necə olacaq? "Kəpəz" yaxşı komandadır, yaxşı oynayır. Demək istəyirəm ki, gəlin oynayaq. Onsuz da Avropaya çıxanda fərqli olacaq. Amma biz burada 90 dəqiqənin 30 dəqiqəsini oynayırıq. İndidən özümüzü hazırlamalıyıq. "Kəpəz" yaxşı işlər görür. Amma bizimlə oyunda etmək istəmədi. "Kəpəz"in baş məşqçisi yaxşı mütəxəssisdir, komandası yaxşıdır. Amma gəlin, futbol oynayaq. Niyə vaxt aparırıq? Futbolçu vaxt aparanda temp olmur. "Kəpəz"ə uğurlar arzu edirəm. Onlar haqda pis söz deməmişəm. Komandama deyim ki, qol vuraq, 90 dəqiqə uzanaq? Deyərəm ki, gəlin 2-ci qolu vuraq.

    – Bəs siz "Real" və "Barselona" ilə oynasanız, onda belə olmazdı?
    – Taktiki hiyləgərlik var. Həkimi çağırmaq olar. Amma bu, 88-ci dəqiqədən sonra olar, 10-cu dəqiqədən yox da. Mən belə etməzdim. "Krasnodar"la "Sevilya"ya qarşı oynamışam. Onlar UEFA Avropa Liqasın qalibi olmuşdular. 2:0 qalib gəlirdik, 3-cünü vurmaq istəyirdik. Vaxt aparmırdıq. Sizə söz verirəm ki, belə edərdim. Mənim üçün futbol emosiyadır. 2 məşqçi var, kimsə uduzmaq istəmir, kimsə qalib gəlmək istəyir. "Kəpəz" oynaya bilir, onlar "Qarabağ"a qarşı yaxşı oynamışdı. Mən həmkarlarıma toxunmuram. Heç bir məşqçinin xətrinə dəymək istəmirəm.

    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Futbol

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved