Azərbaycan Premyer Liqasının VIII turunun "Turan Tovuz" - "Neftçi" oyunundan sonra Tovuz şəhər stadionunun projektorları sınaqdan keçiriləcək.
Prosport.Az-ın Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, projektorlar 1-1,5 saat ərzində işlək vəziyyətdə qalacaq.
Qeyd edək ki, növbəti turlardan etibarən "Turan Tovuz"un ev oyunlarını projektor işığı altında keçirməsi planlaşdırılır.

