“Səbail” yarımmüdafiəçi David Qomislə qüvvədə olan müqaviləni uzadıb.
Prosport.Az xəbər verir ki, yeni anlaşmaya əsasən, 30 yaşlı futbolçu 2024/25 mövsümünün sonuna qədər "dənizçilər"in uğurları üçün çalışacaq.
Ötən mövsümün ikinci yarısından “Səbail”də çıxış edən David Qomis komandanın heyətində ümumilikdə Premyer Liqada 25 qarşılaşmada (1919 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 4 top keçirib.

