Azərbaycan Premyer Liqasının VIII turunun “Turan Tovuz” – “Neftçi” matçının biletləri satışa çıxarılıb. Prosport.Az xəbər verir ki, biletlər bu gündən etibarən Tovuz şəhər stadionunun kassasında satışdadır. 2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də əldə etmək mümkündür. Qeyd edək ki, matç sabah saat 16:00-da Tovuz şəhər stadionunda keçiriləcək.
"Turan-Tovuz" – "Neftçi" matçının biletləri satışda

