Polşanın "Rakuv" klubunun prezidenti Petr Obidzinski yarımmüdafiəçi Sonni Kittel haqda danışarkən UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin II turunun Çenstoxova şəhərində "Qarabağ"a qarşı keçirilən ilk matçdakı (3:2) qolunu xatırlayıb. Prosport.Az xəbər verir ki, Almaniyanın "Bild" nəşri Kittelin klubdakı vəziyyətindən narazı olduğunu yazıb. Klub rəhbəri isə məsələyə belə münasibət göstərib: "Sonni Kittel haqqında "Bild"dəki yazıya münasibətim necə oldu? Bunu şərh etməyin mənası yoxdur. Sonninin klubla müqaviləsi var. O, komandanın bir hissəsidir. Kittel “Qarabağ”la matçda bizim üçün çox vacib qol vurmuşdu. Mən optimistəm. Faktları hamı bilir və bundan sonra necə olacağını gələcək göstərəcək".
"O, “Qarabağ”la matçda çox vacib qol vurmuşdu" – "Rakuv"un prezidenti

