"Qəbələ" hücumçusu Ramon Maçado ilə bağlı qərar verib.
Prosport.Az-ın məlumatına əsasən, "qırmızı-qaralar" braziliyalı futbolçunu komandada saxlamağa qərar veriblər. 32 yaşlı hücumçunun yeni təklifə müsbət baxdığı bildirilir.
Maçado bu mövsüm keçirdiyi 33 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə edib.

