Bolqarıstan çempionatında XXl turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Krumovqrad”la qarşılaşıb və inamlı qələbəyə sevinib – 3:1. Bu, "Arda"nın ardıcıl 4-cü qələbəsi olub.
Cəlal Hüseynov da bu matçın iştirakçısı qismində yer alıb. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 4-cü dəqiqədə Hüseynov vurub. O, qolunu şəhidlərə həsr etdiyini bildirərək hərbi salam verib.
Qeyd edək ki, “Arda” hazırda 19 xalla 4-cü pillədə qərarlaşıb.

