Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Orda hamı meydançaya futbolçuları aralamağa çıxıb" – Rasim Ramaldanov
    28.09.2023 13:36:44

    "Mənim barədə artıq qərar çıxıb. Sözsüz ki, qərar xoşuma gəlmədi. Çünki 2 oyunu buraxmalı olacağam".

    Bunu Prosport.Az-a açıqlamasında "Qəbələ"nin məşqçisi Rasim Ramaldanov deyib.

    37 yaşlı məşqçi Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ"la bağlanış matçının (1:2) 42-ci dəqiqəsində meydançaya daxil olaraq rəqibin kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medinaya qarşı aqressiv şəkildə təzyiq göstərdiyi üçün baş hakim Elçin Məsiyev tərəfindən birbaşa qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən də vaxtı ilə millimizin mərkəz müdafiəçisi olmuş Ramaldanov AFFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılıb, "Qəbələ" isə 1000 manat cərimələnib.

    Lakin Rasim Ramaldanov bu qərarla razı deyil: "O qədər belə şey olub ki. Dava epizodunda hamı meydançaya futbolçuları aralamağa çıxıb. Məndə də avtomatik olaraq bu, baş verdi. Nə bilim. Əgər bu hərəkəti həqiqətən qırmızı vərəqə kimi görürlərsə, onda deməyə sözüm yoxdur".

    Premyer Liqanın V turunun "Zirə" ilə matçında baş məşqçi Elmar Baxşıyev və VI turun "Turan Tovuz"la oyununda məşqçi Xaqani Məmmədovun qırmızı vərəqə aldığını nəzərə alsaq, hakimlərin "Qəbələ"nin texniki zonasında yer alan səlahiyyətli şəxslərlə arasının elə də yaxşı olmadığını düşünmək olar. Ardıcıl 3 məşqçiyə qırmızı vərəqə verilməsinə Rasim Ramaldanovun cavabı belə oldu:

    "Bu suala cavab verməyə çətinlik çəkirəm. Bu bir qismətdir. Olmalı idi və oldu".

    Səbuhi Musa

    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved