“Səbail” Fransa yığmasının sabiq futbolçusunu transfer edib.
Prosport.Az xəbər verir ki, Fransanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarının formasını geyinmiş Silvan Delond bundan sonra Bakı klubunun şərəfini qoruyacaq.
Kamerundan olan 26 yaşlı sol cinah müdafiəçisi yeni komandasında 3 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Fransada “Kan” klubunun yetirməsi olan Silvan Delond son olaraq Macarıstan təmsilçisi “Debretsen”də çıxış edib. O, 2015-2020-ci illərdə İngiltərə klubu “Vulverhempton”a məxsus olub. Həmçinin, Rumıniyada "Arceş"in də şərəfini qoruyub.

