Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya kubokunda 1/16 final mərhələsinin oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, komanda səfərdə "Ponikve" ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn "Dinamo" 1/8 finala yüksəlib.
Qeyd edək ki, Mahir Emrelinin bu görüşdə iştirakına ehtiyac duyulmayıb. O, sonadək ehtiyatda qalıb.

