“Aston Villa” klubunun futbolçuları “Castore” brendinin yeni mövsüm üçün hazırladığı formaların keyfiyyətindən narazı olduqlarını bildiriblər.
Prosport.Az xəbər verir ki, idman geyimlərinin təri çox zəif qəbul etməsi futbolçuların xoşuna gəlmir. Bu səbəbdən də, onlar tez ağırlaşır və narahat olurlar.
“Aston Villa” İngiltərə Premyer Liqasının cari mövsümündə 6 turdan sonra 12 xal toplayıb və hazırda 6-cı pillədə qərarlaşıb.

