Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Boks
    Avropa çempionatının Bakıdan alınmasında erməni əli – Bəs biz niyə susuruq?
    27.09.2023 12:13:56

    Bu il Bakıda keçirilməsi planlaşdırılan boks üzrə 22 yaşadək Avropa çempionatının təşkilatçılığı Azərbaycanın əlindən alınıb.

    Prosport.Az-ın məlumatına görə, yarış 10-21 noyabr tarixlərində Monteneqronun Budva şəhərində keçiriləcək. Bu barədə Avropa Boks Konfederasiyasının (EUBC) yarışların təşkili üzrə serbiyalı meneceri Draqolyub Radoviç paylaşım edib.

    Yarışın Azərbaycandan alınmasında erməni faktorunun olması istisna edilmir. Çünki bununla bağlı Ermənistan Boks Federasiyasının prezidenti Ohannes Ovsepyan öz "Facebook" səhifəsində paylaşım edib:

    “Azərbaycanın törətdiyi son təcavüz və müharibəni nəzərə alaraq, Ermənistan idmançılarının vəziyyəti və təhlükəsizliyini nəzərə alaraq, yarışın keçiriləcəyi yeri dəyişdirmək xahişi ilə Avropa Boks Konfederasiyasına müraciət etdim".

    Monteneqro mətbuatı isə bunun səbəbini Azərbaycanın vaxtında müqavilə bağlamaması və lazımi şərtləri təqdim etməməsi ilə əsaslandırır. Böyük ehtimalla, "lazımi şərtlər" dedikdə ermənilərin tələb etdiyi təhlükəsizlik zəmanətinə dair məktub nəzərdə tutulur. Dəyişikliyin belə tez baş tutmasında EUBC-nin prezidentinin yunan Yoannis Filippatosun olması da mümkün rol oynayıb.

    Ancaq sual doğur. Əgər ermənilər özlərinə dair təhlükəsizlik istəyirsə, Azərbaycan tərəfi niyə Ermənistanın paytaxtı İrəvanda 21 noyabr – 5 dekabr tarixlərində keçiriləcək gənclərin dünya çempionatı üçün zəmanət məktubu istəmir? Və ya müharibə şəraiti nəzərə alınırsa, o zaman İrəvandakı dünya çempionatı niyə ləğv edilmir? Gənclər və İdman Nazirliyi və Azərbaycan Boks Federasiyası bu məsələyə müdaxilə edib, öz mövqeyini ortaya qoymalıdır. Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevin rəhbəri olduğu bizim federasiya isə susur.

    Qeyd edək ki, bu ilin yanvarında Avropa Boks Konfederasiyası İtaliyanın Assizi şəhərində keçirilmiş səsverməyə görə Azərbaycan Bolqarıstan və Rumıniyanı qabaqlayaraq yarışa ev sahibliyi hüququ əldə etmişdi.  

    Döyüş növləri

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının yarımfinalında

    21.11.2026 12:43:57
    Boks

    Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda

    18.11.2026 23:11:25
    Boks

    Daha bir boksçumuz 1/4 finalda

    18.11.2026 19:47:37
    Döyüş növləri

    Erməni idmançı diskvalifikasiya olundu, boksçumuz mərhələ adladı

    18.11.2026 10:39:57
    Döyüş növləri

    Bu federasiyaya yeni baş katib təyin olundu

    16.11.2026 20:15:01
    Döyüş növləri

    Avropa çempionatı: 2 boksçumuz startda erməni ilə qarşılaşa bilər

    16.11.2026 11:20:15
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved