Azərbaycan millisinin keçmiş üzvü Dmitri Nəzərov mövsümün sonunda klubunu dəyişəcək.
Prosport.az xəbər verir ki, 33 yaşlı vinger Almaniya 3-cü Bundesliqa təmsilçisi "Ertsqebirqe"ni tərk edəcəyini deyib. O, Aue təmsilçisi ilə başa çatacaq müqaviləsini uzatmayacaq.
Qeyd edək ki, Dmitri Nəzərov 2016-cı ildən "Ertsqebirqe"də çıxış edir.

