"Uşaqlıqdan mənim düşüncəmdə ancaq qələbədir. Məğlub olmağı sevmirəm. Düzdür, bəzən hakimlərə qarşı emosional oluruq. Özümüzə kənardan baxmaq lazımdır".
Bunu Prosport.Az saytına müsahibəsində "Qəbələ"nin belçikalı futbolçusu Əyyub Allaş deyib.
25 yaşlı futbolçu "Sabah"ın bu yay transfer etdiyi mərakeşli mərkəz müdafiəçisi Süfyan Şaklanın Azərbaycana gəlişində rolunun olmadığını bildirib:
"Mən Şaklanı bura gələnədək tanımırdım. Mən Belçikadan, o, Mərakeşdəndir. Ancaq bilirəm ki, böyük klublarda ("Vilyareal", "Xetafe") və Mərakeş millisində çıxış edib. "Sabah"ın Qəbələdə hazırlıq keçdiyi zaman onu ilk dəfə görmüşəm. Onda bildim ki, mərakeşlidir. Elə o vaxtdan bir-birimizlə əlaqədəyik, arabir bir yerdə oturub yeyib-içirik.

