Niderland I divizionunda VI turun görüşləri baş tutub.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" "Yonq Ayaks”ın ("Ayaks"ın gənclər komandası) qonağı olub. Matç 1:1 hesabı ilə yekunlaşıb.
Meydana start heyətində çıxan Ozan Kökçü 90+2-ci dəqiqədə cərimə zərbəsindən bərabərlik qolunu vurub. O, qoldan sonra sevinməyib.
Qeyd edək ki, "Eyndhoven" 10 xalla 20 kollektiv arasında 9-cu pillədədir.

