"Sabah" komandanın aparıcı simasına çevrilən Aleksey Kaşşukun transfer hüququna yiyələnmək istəyir.
Prosport.Az-ın məlumatına görə, paytaxt təmsilçisi ukraynalı futbolçunun müqavilə ilə məxsus olduğu Donetsk "Şaxtyor"una müraciət edib. Lakin Ukrayna klubunun böyük məbləğdə təzminat istəməsi "Sabah"ı geri addım atmağa məcbur edib.
Bu səbəbdən "Sabah" Aleksey Kaşşukun transferindən imtina etməyə məcbur olub.

