Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Klub tərəfindən veriləcək cəriməyə də, hər şeyə də hazıram" – Kevin Medina
    26.09.2023 11:28:53

    "Mən həmişə sakitəm. 3 ildən çoxdur ki, qırmızı vərəqə almamışam. Mənə elə gəlir ki, 4-cü qırmızı vərəqəni keçmir. Mərkəz müdafiəçisi kimi bəlkə də ən az sarı vərəqə alan biriyəm. Qaydasız döyüşlə futbol tamam fərqli idman növləridir. Amma videonun təkrarına baxsanız, nəyə görə o cür reaksiya verdiyimi görəcəksiniz. Elə reaksiya vermək məcburiyyətində idim. Çünki ilk hücuma məruz qalan mən olmuşam. Baş hakim isə bütün epizoda baxmalıdır. Futboldur da, belədir. Biz səhvlərdən öyrənirik. Matçdan sonra Qurban Qurbanovla aramızda futbolçu-məşqçi dialoqu oldu".

    Prosport.Az xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçisi Kevin Medina Premyer Liqanın VII turunun "Qəbələ"(1:2) ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

    Kolumbiyalı futbolçu dünənki matçda qırmızı vərəqə ilə cəzalandırılması haqda danışıb. Medina həmçinin, "Qəbələ" üzərində səfərdə qazanılmış qələbəni isə belə şərh edib: "Matça ciddi hazırlaşmışdıq. Görüşə ciddi yanaşdığımızı ilk dəqiqələrdən də görmək mümkündür. Sadəcə, provakasiyaya uyduğum epizodu nəzərə almasaq, komandam yaxşı mübarizə apardı".

    "Qarabağ"ın aparıcı üzvü "Qəbələ" ilə görüşdə rəqib komandanın üzvləri ilə meydandakı mübahisədən sonra barışdıqlarını deyib: "Biz peşəkar futbolçularıq, meydanda olanlar orada da qalır. İnsanıq da, emosiyalar olur. Matçdan sonra rəqib komandanın futbolçuları ilə danışdıq, bir-birimizi anladıq, üzrxahlıq etdik. Düzü, klub tərəfindən veriləcək cəriməyə də, hər şeyə də hazıram".

    Sonda isə Kevin Medina "Qəbələ" ilə görüşdə baş məşqçi Qurban Qurbanovun da qırmızı vərəqə ilə cəzalandırılmasına şərh verib: "Futbol mübarizədir, emosiyalarla dolu oyundur. Hər iki tərəf qələbə qazanmaq istəyir, bunun üçün mübarizə aparır. Hamımız Qurban Qurbanovu belə epizodlara təmkinlə yanaşan insan kimi tanıyırıq. Bu haqda nə deyəcəyimi bilmirəm".

    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved