"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçin "Hekken" klubu 3 futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, qapıçı Peter Abrahamson, müdafiəçi Yohan Hamar və yarımmüdafiəçi Samuel Qustafsonun sözləşməsi yenilənib.
Abrahamson və Qustafsonun müqavilələrinin müddəti 2025-ci, Hamarda isə 2026-cı ildə başa çatacaq.
Qeyd edək ki, “Qarabağ” II turda “Hekken”lə qarşılaşacaq. Azərbaycan çempionu rəqibi ilə oktyabrın 5-də səfərdə qarşılaşacaq.

