Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Biz o məşqçilərdən deyilik ki, oturub oyuna sakit baxaq" – Elmar Baxşıyev
    25.09.2023 23:31:20

    "Bilirdik ki, ağır oyun olacaq. "Qarabağ" çempionatımızın liderlərindəndir. Planımız irəlidə oyunamaq idi. Təəssüf ki, ilk dəqiqəqlərdə fərdi səhvlərdən qapımızda qollar gördük. Bu gün məğlub olmaya bilərdik. Məzmunlu oyun göstərdik. Mənimm istədiyim komanda budur. Bu tempi saxlaya bilsək, daha samballı "Qəbələ" görə biləcəyik".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 7-ci turunun "Qarabağ"la(1:2) matçından sonra mətbuat konfansında danışıb.

    – Gilad Abramovun sol cinahda oynaması səhv seçim deyildi?
    – Yox. Bizim qollar Abramovun orada olmağına görə deyildi. İlk qolda Lukas Afriku topu itirdi. Məşqlərdə daha yaxşı olduğu üçün ona şans verdik. Zurab Oçiqava uzun müddətdir ki, oynamır. Onu da optimal formaya gətirmək lazımdır. Qarşıdakı oyunlarda daha çox şans verəcəyik.

    – Kevin Medinanın qırmızı aldığı epizodu necə şərh edərdiniz?
    – Meydanda bir-birinə layiq 2 komanda var idi. Bu gün rəqibdən səviyyəcə aşağı oynamadıq. İnsidentdir. Oyunda olan elementdir. Çox şişirtmək lazım deyil. Futbola rəng qatan epizoddur.

    – 2 oyundur ki, köməkçiləriniz qırmızı vərəqə görür. Bunun səbəbi nədir?
    – Hamı tək mənim köməkçilərimi görür. Onlar da oyunun içindədir. Biu gün Qurban Qurbanov da qırmızı vərəqə aldı. O da emosiyalarını cilovlaya bilmədi. Belə şeylər futbolda olur.

    – Köməkçilərinizlə intizamla bağlı söhbət edirsiniz? Hakimlərin "Qəbələ"yə qarşı qərəzi var?
    – Heç kimin qərəzini hiss etmirik. Məşqçilərlə həmişə əlaqədə oluruq. Biz o məşqçilərdən deyilik ki, oturub oyuna sakit baxaq.

    – Zurab Oçiqavanın oyunundan razı qaldınız?
    – Hələ əsl Oçiqava deyil. Getdikcə daha yaxşı səviyyəyə gələcək. Mən onun hazır olmağını istəyirəm. Universal oyunçudur. Müdafiənin mərkəzində və solunda oynaya bilir.

    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved