"Qəbələ" Azərbaycan Premyer Liqasında VII turun hazırda davam edən "Qarabağ"la görüşdə ciddi itki ilə üzləşib.
Prosport.Az xəbər verir ki, ev sahiblərinin yarımmüdafiəçisi Gilad Abramov 18-ci dəqiqədə zədələnərək oyunu vaxtından əvvəl tərk edib. Onu Zurab Oçiqava əvəzləyib.
Qeyd edək ki, "Qarabağ" "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlir.

