Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Son matçlarda qol vurmamağım mənfi təsir göstərir” – Musa Qurbanlı
    25.09.2023 13:55:40

    “Üzərimdə heç bir təzyiq hiss etmirəm”.

    Prosport.Az xəbər verir ki, bunu İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı “expressen.se” saytına müsahibəsində deyib.

    Yay transfer dönəmində “Qarabağ”dan ayrılan 21 yaşlı hücumçu ölkə çempionatında meydana çıxdığı 7 oyunda cəmi 2 qol vurmasına görə ciddi narahatlıq keçirmir. O, daha yaxşısını etməyə çalışdığını söyləyib:

    “Bilirəm ki, insanlar özlərinə təzyiq göstərməyə çalışırlar. Ancaq mən, sadəcə, öz işimi görürəm. Burada əlimdən gələni edirəm. Bilsəm ki, daha çoxunu verə bilərdim, oyunlarda bundan çox qaçardım”.

    Buna baxmayaraq, Azərbaycan millisinin üzvü oyununu yaxşılaşdırmalı olduğunu etiraf edib:

    “Əminəm ki, bunu bacaracağam. Hücumçu olduğum üçün qol vurmalı və məhsuldar ötürmələr verməliyəm. Matçlardan əvvəl bacardığım qədər hazırlaşıram. Nə qədər çox oynasam, performansım bir o qədər yaxşılaşacaq. İsveç futboluna öyrəşirəm. Söhbət təkcə meydanda sərgilənən 90 dəqiqədən getmir. Yaşamaq, yemək, yatmaq, məşq etmək də bura aiddir. Doğru yolda davam etsəm, hədəflərimə çatacağam”.

    M.Qurbanlı qol imkanlarından yararlanmamağın onda ruh düşkünlüyü yaratdığını gizlətməyib:

    “Bütün hücumçularda belədir. Qol vurduqca özünəinam artır, vurmayanda bir qədər aşağı düşür. Bu, normaldır. İki həftə əvvəl 2 qol vuranda özünəinam yüksək idi. Son matçlarda qol vurmamağım buna mənfi təsir göstərir”.

    Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved